Azərbaycanın əczaçılıq məhsullarının ixracından gəliri 13 %-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,178 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,77 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 1,487 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 13,51 % azdır.

Əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 3,09 %-ni, ixrac gəlirləri isə ümumi ixrac qazancının 0,01 %-ni təşkil edib.

Report.