Azərbaycanın Çindən avtobus idxalına çəkdiyi xərc 6 dəfə artıb

Azərbaycanın Çindən avtobus idxalına çəkdiyi xərc 6 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 55,3 milyon ABŞ dolları dəyərində 333 ədəd avtobus idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,4 dəfə, kəmiyyət olaraq – 59 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 54 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 dəfə çox) 315 ədəd (+3 dəfə), Türkiyədən 564,2 min ABŞ dolları dəyərində (-58 %) 7 ədəd (-53 %) Almaniyadan 379 min ABŞ dolları dəyərində (-78 %) 4 ədəd (-56 %) İtaliyadan 301 min ABŞ dolları dəyərində (+8,3 %) 5 ədəd (dəyişməyib) və Rusiyadan 30,4 min ABŞ dolları dəyərində (-82 %) 2 ədəd (-75 %) avtobus alıb.

Report.