Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 720,7 milyon ABŞ dolları olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 14,4 dəfə artaraq 3 milyard 482,9 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 66,7 % azalaraq 237,8 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 10 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 14,5 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7 %-ni təşkil edib.
9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.