Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 621 milyon 991 min ABŞ dolları olub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 960 milyon 781 min ABŞ dolları (5,4 dəfə) çoxdur.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 24 dəfə artaraq 3 milyard 475 milyon 261 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 3,5 dəfə azalaraq 146 milyon 731 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 14,6 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 21,2 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7 %-ni təşkil edib.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.