Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Prime Cotton İFT” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı “Prime Cotton” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 32 milyon 83 min 269 manat, qanuni təmsilçisi isə Böyük Britaniya vətəndaşı Randall Mark Nicholas-dır.

Report.