Bu ilin yanvar-iyul aylarında Azərbaycan 28 min ton ət idxal edib.
Bu həcmdə ətin dəyəri 66,1 milyon ABŞ dolları təşkil edib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2,9 min ton (11,3 %), dəyər baxımından isə 11 milyon ABŞ dolları (19,9 %) çoxdur.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Report.