Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 65 ton olan taxta 25 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.
Report.