Azərbaycandan keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Bu gün Azərbaycandan tranzit keçməklə 14 vaqon propan, 5 vaqon gübrə Rusiyadan Ermənistana göndəriləcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq, 414 ton antrasit və 1026 ton propan qazı göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Qafqazinfo.