Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib.

17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

İndiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.

Report.