Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-sentyabr aylarında 37613 uşağa xidmətlər göstərilib.
Bu barədə “Report”a ƏƏSMN-dan məlumat verilib.
Bildirilib ki, onlardan əlilliyi olan 1746 uşaq stasionar, 22457 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Report.