Azərbaycanda vint, bolt və qaykaların ixracına görə gömrük tarifləri kəskin artırılıb

Azərbaycanda  vint, bolt və qaykaların ixracına görə gömrük tarifləri kəskin artırılıb

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonuna qədər 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb.

Report.