Azərbaycanda “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü keçib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Məlumata görə, “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında daha 16 layihəyə baxılıb. Onlardan 10-na şəhadətnaməsi verilməsi barədə qərar qəbul olunub.

“Startap” şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 302-yə çatıb.

Report.