Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verilib

Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verilib

Qırğızıstan vətəndaşı – 1994-cü il təvəllüdlü Tadzhimatov Kamoliddin Salicanoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Rusiya Baş Prokurorluğunun vəsatətini Azərbaycanın Baş Prokurorluğu təmin edib.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Rusiyada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Tadzhimatov Kamoliddin Salicanoviç 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Report.