Azərbaycanda rəqabət siyasətinin yeni mərhələsinin əsas hədəfləri açıqlanıb

Azərbaycanda rəqabət siyasətinin yeni mərhələsinin əsas hədəfləri hüquqi və institusional islahatların ölkə iqtisadiyyatında praktik nəticə göstərməsidir.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, Milli Fəaliyyət Planında müəyyən edilmiş hədəflər və tədbirlər bir-birini tamamlayır: “Dövlət qurumlarının, tənzimləyicilərin, biznesin və digər maraqlı tərəflərin bu prosesdə rolunu müəyyən edilib. Bugünkü forum həmin prioritetlərin müzakirəsi, müxtəlif baxışların bölüşməsi, bölüşürülməsi və qarşıdakı mərhələ üçün əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır. Əminəm ki, aparılacaq müzakirələr yeni tənzimləmə yanaşmalarının formalaşdırılmasına, rəqabət mühitinin daha da yaxşılaşdırılmasına və qurumlararası əməkdaşlığın inkişafına ciddi töhfə verəcək”.

Report.