Azərbaycanda rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq

Azərbaycanda rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq

Milli Fəaliyyət Planında rəqabət sahəsində tədqiqat mərkəzinin təsis edilməsi, rəqabət hüququ mövzularının ali təhsil proqramlarına inteqrasiyası nəzərdə tutulur.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

“Rəqabət risklərinin qabaqcadan müəyyənləşdirilməsi və əsaslandırılmış siyasət qərarlarının hazırlanması effektiv hüquqi çərçivə ilə yanaşı, həm də güclü elmi-analitik baza, peşəkar bilik və yüksək rəqabət mədəniyyəti ilə mümkündür. Bu baxımdan rəqabət qanunvericiliyinin səmərəli tətbiqi, bir tərəfdən, onun prinsiplərini sahibkarlar və istehlakçıların düzgün başa düşməsini, digər tərəfdən isə mürəkkəb bazar münasibətlərinə dair qərarların etibarlı məlumatlara və müasir iqtisadi təhlil metodlarına əsaslanmasını tələb edir”, – deyə o qeyd edib.

Report.