Azərbaycanda qadın vəkillərin sayı 701-ə çatıb.
Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi zamanı deyib.
O bildirib ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək kollegiyanın sıralarına qoşulub:
“Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir”.
Sədr çıxışına əlavə edib ki, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır: