İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 14 nəqliyyat vasitəsi satılıb ki, bunlardan biri “Point Brower D” markalı gəmidir.
Məlumata görə, hərracda start qiyməti 4 500 manat olan “Volkswagen Polo” markalı avtomobil 6 600 manata, ilkin qiyməti 6 750 manat olan “Land Rover Frelander” markalı nəqliyyat vasitəsi 7 200 manata satılıb. Gəmi isə 115 000 manata alınıb.
Bövbəti hərraclar 22 və 29 sentyabrda keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov-az” və “www.auksion.gov-az” saytlarından seçim edə bilərlər.
Report.