Azərbaycanda ötən il nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb

Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən üç xəstəlik növünə yoluxma qeydə alınıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, 2025-ci ildə ən çox yoluxma halı exinokokkoz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:

“Ən çox yoluxma halı 24 nəfər olmaqla exinokokkoz xəstəliyində rast gəlinib. 19 nəfərdə visseral (daxili orqanları əsasən dalaq, qaraciyər və sümük iliyini zədələyən ağır yoluxucu xəstəlik), 5 nəfərdə dəri leyşmanioz (insanlar və məməlilərə əsasən qum milçəklərinin (mığmığaların) dişləməsi yolu ilə yoluxan daxili orqanları və dərini zədələyən protozoan xəstəliklər)”.

Bunlarla yanaşı 2025-ci ildə bir nəfərdə quduzluq aşkarlanıb.

Report.