Azərbaycanda mebel sahəsi üzrə 31 yeni dövlət standartı qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sahəsində yeni 31 dövlət standartları qəbul edilib.

Məlumata görə, bu dövlət standartlarının qəbulunda məqsəd ölkədə mebel sənayesinin inkişafı, bu sahədə istehsal olunan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, ixrac məhsullarının çeşidinin və rəqabət qabiliyyətinin artırılması, eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, istehlakçıların tələb və gözləntilərinin təmin edilməsindən ibarətdir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən təsis edilən “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) təqdimatları əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Report.