Azərbaycanda kamança üzrə dövlət standartının layihəsi qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırılma üzrə Texniki Komitəsinin (AZSTAND/TK 44) növbəti iclasında konsensus əsasında təsdiqlənib.

Məlumata əsasən, iclasda Mədəniyyət Nazirliyi və AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Elmi-Tədqiqat Laboratoriyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin nümayəndələri, eləcə də ekspertlər, musiqişünaslar və kamança ifaçıları iştirak ediblər.

İclasda həmçinin AZSTAND/TK 44-ün strukturu və yeni üzvlərin komitəyə qəbulu məsələləri müzakirə edilərək səsverməyə çıxarılıb.

Report.