Azərbaycanda içki istehsalçısının xalis mənfəəti 45 % azalıb

Azərbaycanda içki istehsalı ilə məşğul olan “A+CO” ASC 2025-ci ili 774 min manat xalis mənfəətlə başa vurub.

Bu, 2024-cü illə müqayisədə 45,1 % azdır.

Ötən il “A+CO”nun vergiyəqədərki mənfəəti 968 min manat (əvvəlki ilə nisbətən 38,3 % az), mənfəət vergisi ödəmələri isə 194 min manat (23,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “A+CO”nun aktivləri 79 milyon 501 min manat olub ki, bu da illik müqayisədə 18,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 19,5 % azalaraq 77 milyon 401 min manata düşüb, balans kapitalı isə 58,4 % artaraq 2 milyon 100 min manata çatıb.

Report.