Azərbaycanda I yarımildə elektron satınalma hesabına 294 milyon manat qənaət edilib

Bu ilin I yarısında Azərbaycanda ümumi dəyəri 1,7 milyard manat olan 3 500-ə yaxın elektron dövlət satınalması həyata keçirilib.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müavini Mirzə Mirzəyev media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə elektron satınalmaların hesabına dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib.

Report.