Azərbaycanda “Elektron ticarət haqqında” qanunun əhatə dairəsi genişləndirilir

Azərbaycanda “Elektron ticarət haqqında” qanunun əhatə dairəsi genişləndirilir

Azərbaycanda “Elektron ticarət haqqında” qanunun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bu, qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi (maneələrin aradan qaldırılması) və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.