Azərbaycanda elektron ticarət “Bir Pəncərə”yə inteqrasiya olunacaq

Azərbaycanda elektron ticarət “Bir Pəncərə”yə inteqrasiya olunacaq

Azərbaycanda elektron ticarət əməliyyatları “Bir Pəncərə” İnformasiya Sisteminə inteqrasiya olunacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Hazırda Azərbaycanda idxal, ixrac və tranzit əməliyyatları üzrə elektron platformalar fəaliyyət göstərir, lakin onlar müəyyən mənada fraqmentləşmiş xarakter daşıyır. “Bir Pəncərə” İnformasiya Sisteminin əsas üstünlüyü odur ki, indiyə qədər müxtəlif platformalarda mövcud olan bütün funksionallıqlar vahid sistemdə birləşdiriləcək. Məsələn, bu gün vətəndaşlar elektron ticarət sahəsində sifarişlərini müxtəlif platformalar vasitəsilə rəsmiləşdirirlər. Gələcəkdə isə bu xidmətlər “Bir Pəncərə” İnformasiya Sisteminə inteqrasiya olunacaq. Beləliklə, vətəndaşlar Amazon, Temu və digər elektron ticarət platformaları üzərindən həyata keçirdikləri idxal, ixrac və digər analoji əməliyyatları vahid platforma vasitəsilə icra edə biləcəklər”, – deyə o qeyd edib.

Report.