Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunlar uyğunlaşdırılır

Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunlar uyğunlaşdırılır

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsini qəbul edib.

Yeni qanunla Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qadağan edildiyi üçün qanunvericilikdə uyğunlaşdırma addımları atılır.

Report.