Azərbaycanda elektron dövlət satınalmaları sahəsində 453,7 milyon manat həcmində qənaətə nail olunub.
Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatı rəhbərinin müavini Orxan Məmmədov “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda keçirilən konfransda bildirlib.
O qeyd edib ki, bu ilin yanvar-iyul aylarında həyata keçirilən elektron satınalmaların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 %, ümumi həcmi isə 12,5 % yüksəlib: “Həmin müddət ərzində təşkil olunan satınalma müsabiqələrində orta iştirakçı sayı 3,5 nəfər olub. Bu artım dövlət satınalmalarında rəqəmsallaşma səviyyəsinin yüksəldiyini, proseslərin daha əlçatan olmasını və rəqabət mühitinin genişlənməsini göstərir.