İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar çərçivəsində daha 4 beynəlxalq şirkəti elektron qaydada vergi uçotuna alıb.
Bunlar ABŞ-nin “Anthropic, PBC” və “Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH”, eləcə də Niderlandın “Netflix International B.V.” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı sentyabrın 1-dən qüvvəyə minəcək.
Bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, gələn aydan elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV-ni banklar tutmur. Həmin şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.