Azərbaycanda daha 3 beynəlxalq şirkət ƏDV məqsədi üçün vergi uçotuna alınıb

Azərbaycanda daha 3 beynəlxalq şirkət ƏDV məqsədi üçün vergi uçotuna alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar çərçivəsində daha 3 beynəlxalq şirkəti elektron qaydada vergi uçotuna alıb.

Bunlar, Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” şirkətləridir.

Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı sentyabrın 1-dən qüvvəyə minəcək.

Bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, gələn aydan elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV-ni banklar tutmur. Həmin şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Report.