Azərbaycanda daha 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Azərbaycanda daha 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Avqustun 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 280 min 470 manat olan 28 nəqliyyat vasitəsi çıxarılacaq.

Report.