Azərbaycanda daha 155 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda daha 155 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 155 nəqliyyat vasitəsi satılıb.

Məlumata görə, hərracda start qiyməti 5 000 manat olan “Hyundai Sonata” markalı avtomobil 9 000 manata, ilkin qiyməti 4 000 manat olan “Chevrolet Niva” markalı avtomobil isə 7 800 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Report.