Azərbaycanda avtobus istehsalı 53 %-dən çox artıb

Azərbaycanda avtobus istehsalı 53 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 244 ədəd avtobus istehsal edilib.

Məlumata görə, bu, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 53,5 % çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 28 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ilk 9 ayı ayında Azərbaycanda 299,8 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, bu, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 74,7 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,8 % artıb.

Bundan başqa, yanvar-sentyabr aylarında Azərbaycanda 2 046 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 500 ədəd və ya 19,6 % azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 134 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 365 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 6,9 % azdır. Bu ilin oktyabrın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Report.