Bu ilin yanvar-sentyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 620 yeni dövlət standartı qəbul edib.
Məlumata görə, bunun 92-si nəqliyyat, 71-i istehsal mühəndisliyi, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü mebel, 42-si neft-qaz, kimya və əlaqəli texnologiya, 39-u maşınqayırma, 38-si tekstil və dəri texnologiyası, 36-sı əməyin təhlükəsizliyi, 32-si uşaq malları, 24-ü tikinti materialları, 23-ü informasiya və telekommunikasiya, 21-i məişət və ticarət avadanlıqları, 19-u energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika, 18-i yanğından, partlayışdan və digər təhlükələrdən qorunma, 15-i bina qurğuları, 11-i idarəetmə və keyfiyyət, 8-i turizm, 7-si istehlak malları, 7-si metrologiya, ölçmə sistemləri və cihazlar, 5-i sənədləşdirmə və nəşriyyat, 4-ü hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 3-ü zərgərliklə bağlı olub.