Azərbaycanda 8 ayda elektron satınalmaların dəyəri 2,7 milyard manat olub

Azərbaycanda 8 ayda elektron satınalmaların dəyəri 2,7 milyard manat olub

Bu ilin ilk 8 ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 5 523 elektron satınalmanı təsdiqləyib.

Məlumata görə, bu satınalmaların ümumi məbləği 2,7 milyard manat olub. Elektron satınalmalarda orta iştirakçı sayı isə 3,5 təşkil edib.

Hesabat dövründə ən aşağı qiymət təklifinin payı 72 % olub.

Report.