Bu ilin yanvar-iyun aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 293 yeni dövlət standartı qəbul edib.
Məlumata görə, yeni standartlar ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında müəyyən edilmiş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğun hazırlanıb.
Qəbul edilən standartlardan 43-ü mebel, 36-sı maşınqayırma, 35-i nəqliyyat, 33-ü tekstil və dəri texnologiyası, 28-i uşaq malları, 26-sı qida texnologiyası və kənd təsərrüfatı, 21-i tikinti materialları, 20-si informasiya və telekommunikasiya, 9-u energetika, 9-u əməyin təhlükəsizliyi, 7-si idarəetmə və keyfiyyət, 6-sı neft-qaz, kimya və əlaqəli texnologiyalar, 6-sı turizm, 4-ü bina qurğuları, 3-ü sənədləşdirmə və nəşriyyat, 3-ü istehlak malları, 2-si hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, hərəsindən 1-i isə zərgərlik, metrologiya, ölçmə sistemləri və cihazlar sahələrini əhatə edib. Eyni zamanda, 21 dövlət standartının dövri yoxlanılması aparılıb və yaxud onlara dəyişikliklər edilib, 21 dövlət standartı isə ləğv olunub.