Azərbaycanda 2 101 nəfər artrit xəstəliyi ilə əlaqədar qeydiyyatdadır

Azərbaycanda 2 101 nəfər artrit xəstəliyi ilə əlaqədar qeydiyyatdadır

Azərbaycanda artrit xəstəliyi (oynaqların iltihabı) ilə əlaqədar əlilliyi olan 2 101 nəfər qeydiyyatdadır.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 114 nəfəri gənclik (yuvenil) artriti, 926 nəfəri seropozitiv revmatoid artrit, 1 061 nəfəri isə digər revmatoid artritlər diaqnozu ilə qeydiyyatdadır.

Report.