Azərbaycana qida idxal edən şirkət maliyyə vəziyyətini açıqlayıb

Azərbaycana qida idxal edən şirkət maliyyə vəziyyətini açıqlayıb

“Merano-Baku” ASC 2025-ci ili 3,541 milyon manat xalis mənfəətlə başa vurub.

Bu, 2024-cü illə müqayisədə 82,6 % çoxdur.

Ötən il “Merano-Baku”nun vergiyəqədərki mənfəəti 4,426 milyon manat (əvvəlki ilə nisbətən 11,4 % çox), mənfəət vergisi ödəmələri 885 min manat (11,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Merano-Baku”nun aktivləri 20,153 milyon manat olub ki, bu da illik müqayisədə 14 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,8 % azalaraq 14,301 milyon manata düşüb, balans kapitalı isə 87,9 % artaraq 5,852 milyon manata çatıb.

Report.