Azərbaycan və Türkiyə qarşılıqlı investisiya imkanlarının təşviqini müzakirə edib

Azərbaycan və Türkiyə qarşılıqlı investisiya imkanlarının təşviqini müzakirə edib

Azərbaycan və Türkiyə arasında işgüzar əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının təşviqi məsələləri müzakirə olunub.

Bu barədə “Report”a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, bu barədə müzakirələr AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə–Azərbaycan Biznes Şurasının İcraiyyə Komitəsinin nümayəndə heyəti arasında keçirilib.

Görüş zamanı Türkiyə-Azərbaycan Biznes Şurasının fəaliyyətinin daha sistemli əsaslarla qurulması, yeni əməkdaşlıq formatının yaradılması və Biznes Şurasının 35 illiyi ilə bağlı tədbirin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Report.