Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi arasında standartlaşdırma, qanunverici və elmi metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi və uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında keyfiyyət infrastrukturu sahəsində institusional əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, eləcə də gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.
Sənədi Dövlət Agentliyinin sədri Elnur Bağırov və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma və metrologiya sahələrində informasiya mübadiləsinin aparılması, həmçinin mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə birgə seminar, konfrans, elmi-texniki layihə və təlimlərin təşkili nəzərdə tutulur.