Azərbaycan və Kamboca yeni biznes tərəfdaşlıqları qura bilər

Azərbaycan və Kamboca arasında yeni biznes tərəfdaşlıqları qurula bilər.

Bunu Azərbaycan nümayəndə heyətinin rəsmi təmsilçisi Yusif Abdullayev Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, bugünkü forumda Azərbaycan tərəfindən tədbirdə 80-ə yaxın şirkət iştirak edir: “Bu şirkətlər ticarət və ixrac, istehsalat, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm də daxil olmaqla geniş spektrli sahələri təmsil edirlər. Kamboca tərəfindən isə bank və maliyyə xidmətləri, turizm, İKT, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində fəaliyyət göstərən 12 şirkətdən 16 nümayəndə iştirak edir. Bu müxtəliflik çox ruhlandırıcıdır, çünki o, iki ölkə arasında əməkdaşlıq imkanlarının bir və ya iki sənaye sahəsi ilə məhdudlaşmadığını nümayiş etdirir”.

Report.