Azərbaycan və İsveçrə arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin İsveçrəyə işgüzar səfəri çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelin ilə görüşdə baş tutub.
“Ölkələrimiz arasında möhkəm ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığını, tərəfdaşlığın qarşıdakı dövrdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladıq”,- deyə nazir qeyd edib.
Report.