Azərbaycan və İsveçrə investisiya qoyuluşu imkanlarını müzakirə edəcək

Azərbaycan və İsveçrə investisiya qoyuluşu imkanlarını müzakirə edəcək

Sentyabrın 15-də İsveçrənin paytaxtı Berndə Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu yubiley iclası keçiriləcək.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsveçrə tərəfdən isə bu ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri, İsveçrə Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi Andrea Rauber Sakserdir.

Komissiyanın 9-cu iclası 2022-ci il dekabrın 13-də Bakıda keçirilib.

Bundan başqa, M.Cabbarov İsveçrəyə səfəri çərçivəsində “Azərbaycanda investisiya imkanları” adlı biznes forumda da iştirak edəcək. Forumun iki dövlətin biznes ictimaiyyətinin nümayəndələrinin geniş dairəsini bir araya gətirəcəyi gözlənilir.

Müzakirə olunacaq əsas mövzular investisiya əməkdaşlığının genişləndirilməsi, birgə fəaliyyət üçün perspektivli istiqamətlər, eləcə də İsveçrə və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin aktual aspektləri ilə bağlı olacaq.

Report.