Azərbaycan və IMF vergi inzibatçılığı sahəsindəki islahatları müzakirə edib

Azərbaycan və IMF vergi inzibatçılığı sahəsindəki islahatları müzakirə edib

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında vergi siyasəti və vergi inzibatçılığı sahəsində ölkədə həyata keçirilən islahatlar müzakirə edilib.

Müzakirələr nazir müavini Səməd Bəşirlinin IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşündə baş tutub.

Tərəflər həmçinin cari və ortamüddətli dövr üzrə iqtisadi proqnozlar, struktur islahatları, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafından fikir mübadiləsi aparıb.

Report.