Azərbaycan və Çili iqtisadi-ticarət əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və Çili arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu müzakirələr Agentliyin icraçı direktorunun müavini Tural Hacılının Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares ilə görüşündə aparılıb.

Tərəflər həmçinin İki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin reallaşdırılması imkanlarını müzakirə edib.

Görüş zamanı AZPROMO fəaliyyəti, ölkəmizin biznes və investisiya mühiti, eləcə də bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verilib. Tərəflər arasında Çili şirkətlərinin və aidiyyəti qurumların forumda iştirakının təmin edilməsi ilə bağlı razılıq əldə olunub.

Report.