Azərbaycan və Braziliya arasında 2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı imzalanıb

Bu gün Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho Azərbaycana səfərə gəlib.

Dövlət Gömrük Komitəsində Fabiano Koelho ilə keçirilən görüşdə iki ölkənin gömrük orqanlarının arasındakı münasibətlərin mövcud vəziyyəti, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübələrin mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb, “Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar və təşəbbüslər” mövzusunda təqdimat nümayiş etdirilib.

İkitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan və Braziliya gömrük xidmətləri arasında “2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı” imzalanıb.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə səfər edən qonağa ofisin regional əməkdaşlıq təşəbbüsləri və potensialın gücləndirilməsi layihələri barədə məlumat verilib. Həmçinin Səlahiyyətli İqtisadi Operator, “Bir pəncərə” və inteqrə edilmiş risk idarəçiliyi sahələrində Braziliya gömrük xidmətinin təcrübəsinə dair təqdimat nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.

Report.