Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 14 %-dən çox artırıb

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 14 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 111,177 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 12,029 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,2 % çoxdur.

Yanvar-iyul aylarında Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 2,1 % azalaraq 6,939 milyard ABŞ dollarına düşüb, iyulda isə 7,5 % artaraq 1,095 milyard ABŞ dollarına çatıb.

Report.