Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini cüzi azaldıb

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini cüzi azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 24,846 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % azdır.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 3,41 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.

7 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 1,8 % artaraq 2 milyard 652,368 milyon ABŞ dollarına, iyulda isə 0,6 % azalaraq 424,802 milyon ABŞ dollarına çatıb.

Report.