Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 43 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 79,553 milyon ABŞ dolları dəyərində polad idxal edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42,8 % çoxdur.

İyul ayında Türkiyə Azərbaycana 14,948 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 38,4 % çoxdur.

Türkiyənin yeddi ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 1,6 % artaraq 7 milyard 755 milyon ABŞ dolları, iyulda isə 2,1 % artaraq 1 milyard 379,998 milyon ABŞ dolları olub.

Report.