Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxal xərcini 25 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 7,907 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % çoxdur.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 2,07 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 145,2 % çoxdur.

7 ayda Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 18,8 % artaraq 4,079 milyon ABŞ dollarına, iyulda isə 13 % artaraq 645 milyon ABŞ dollarına çatıb.

Report.