Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxal xərcini 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 321,54 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 53,432 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,7 % çoxdur.

Yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,8 % artaraq 20,107 milyard ABŞ dollarına, iyulda isə 11,4 % azalaraq 3,035 milyard ABŞ dollarına çatıb.

Report.