Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 36,407 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 % çoxdur.
Təkcə iyulda Türkiyə Azərbaycana 7,623 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 2 dəfə çoxdur.
Yanvar-iyul aylarında Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 1,4 % azalaraq 9,557 milyard ABŞ dollarına düşüb, iyulda isə 0,2 % artaraq 1,583 milyard ABŞ dollarına çatıb.
Report.